Dünya
Əsədin daha bir işgəncə mərkəzindən dəhşətli görüntülər: divarda görün nə yazılıb - FOTO
Əsəd rejiminin devrilməsi ilə keçmiş administrasiyanın işgəncə mərkəzləri bir-bir ortaya çıxır. Onlardan biri olan Deyr əz-Zor Mərkəzi Həbsxanasına baxış keçirilib.
Publika.az xəbər verir ki, kənardan səssiz binaya bənzəyən həbsxanada qadınlar və uşaqlar da daxil olmaqla minlərlə insan illər boyu qaranlıq dünyaya məhkum edilib.
Vaxtilə Daxili İşlər Nazirliyinə tabe olan rejimin ən böyük mərkəzlərindən biri olan həbsxananın çöl divarında “Məhv, qaranlıq və ölüm” ilə başlayan yazı mərkəzin ruhunu ortaya qoyur.

Hər küncdə Baas rejiminin simvolları olan həbsxananın zibilliyə çevrildiyi aydın olub. Həyətində çürümüş polis maşınlarının yerləşdiyi həbsxanada yanmış iki mərtəbəli çarpayılar, hisslə örtülmüş divarlar, zibilliyə çevrilmiş kameralar diqqət çəkib.
Həmçinin taleyi məlum olmayan bir çox insanların adları kameraların divarlarına həkk olunub.

Rejimin çökməsi ilə sərbəst buraxılan, həbsxanasında 88 gün saxlanılan Basil Küveyhi adlı şəxs gördükləri işgəncələrdən danışıb: "Çox pis rəftara məruz qalırdıq. Hətta ayağı zədəli insanları dəhlizlərdə sürükləyirdilər. Bizi 5 saat boyunca səcdədə kimi saxlayırdılar. İnsanlara atəş açıb yaralayırdılar. Rejimin bütün ünsürləri və pis rəftar edən hər kəs cavab verməlidir”.
Roza
-
Qoroskop00:00Günün ULDUZ FALI - Yeni ideya gəlirə çevrilə bilər
-
Magazin117 Yanvar 23:00Azərbaycanlı aktyorun toyudur - FOTO
-
Hadisə17 Yanvar 22:486 metr hündürlükdən yıxılan işçi belə xilas edildi - FOTO
-
Magazin217 Yanvar 22:36Dua Lipa dizə qədər yarıqlı libasda pozalar verdi - FOTO
-
Magazin117 Yanvar 22:00Tarix Əliyevin ailəsində xoş gün - FOTO
-
İKT17 Yanvar 21:24"Windows 11"də yaranan "ölümcül xəta" ARADAN QALDIRILDI
-
İKT17 Yanvar 21:12Vətəndaşlara XƏBƏRDARLIQ: 2000 manatadək cərimə oluna bilərsiniz - VİDEO
-
İdman17 Yanvar 20:12Türkiyədə saxlanılan sabiq voleybolçudan Ekrem İmamoğlu AÇIQLAMASI















.jpg)





.jpg)












