Dünya
Başqa əlac qalmayıb: Ukraynalılar işğal zonasındakı evlərinə qayıdırlar

Ukraynada müharibə nəticəsində didərgin düşmüş minlərlə insan ölkədəki ağır həyat şəraiti səbəbindən könüllü olaraq Rusiyanın işğal etdiyi bölgələrdəki evlərinə qayıdır.
Publika.az xəbər verir ki, bu barədə “The Kyiv Independent” məlumat yayıb.
Bildirilib ki, Rusiyanın ölkənin enerji infrastrukturuna hücumu nəticəsində yaranan iqtisadi çətinliklər, mənzil çatışmazlığı və ağır həyat şəraiti səbəbiylə minlərlə ukraynalı işğal altındakı bölgələrdəki evlərinə qayıtmaq məcburiyyətindədir.
Hazırda Ukrayna daxilində didərgin düşmüş 3,5 milyon insan xüsusilə sığınacaq tapmaqda ciddi çətinliklərlə üzləşir. Birləşmiş Millətlər Təşkilatının ötən ilin noyabrında apardığı araşdırmaya görə, məcburi köçkünlərin 40 faizi əsas ehtiyaclarını ödəmək üçün dövlət və ya beynəlxalq təşkilatların humanitar yardımına güvənirlər.
2024-cü ilin avqust ayından sosial yardım alanların sayı təxminən 1 milyon olduğu halda, bir çox insan mənzil təminatından faydalana bilmir.
Yaşayış yerlərində və dolanışıqlarında çətinlik çəkən ukraynalıların tapdığı son həll yolu işğal altında olan evlərinə qayıtmaqdır. Lakin bu, bir çox ukraynalılar üçün özlüyündə çətin və riskli prosesdir.
Belə ki, işğal olunmuş ərazilərlə Ukraynanın qalan hissəsi arasında sərhəd nəzarəti olmadığı üçün köçkün düşmüş ukraynalılar yalnız üçüncü ölkə vasitəsilə Rusiyaya gedərək evlərinə qayıda bilərlər.
Bu isə ukraynalıların Moskvanın şimalındakı Şeremetyevo hava limanına gedərək orada təhlükəsizlik yoxlamalarından keçməsindən sonra mümkündür. Rusiya səlahiyyətliləri 2024-cü ilin yanvar-oktyabr dövründə bu qayda ilə ölkəyə 83 min ukraynalının daxil olduğunu açıqlayıb.
Rusiyanın təbliğat məqsədi ilə yüksək rəqəmlər verdiyi, Ukraynanın təqdim etdiyi məlumatların isə real rəqəmdən xeyli aşağı olduğu da qeyd edilir.
Roza Şəfiyeva
-
İdman08:48
Bu söz-söhbət onu əsəbiləşdirir
-
Magazin108:24
“Qayınanamı qucaqlayıb öpürdüm, doymurdum”
-
Nida Xəbər 01:41
Mehdiyev işdən çıxandan sonra “prezident otağına” niyə qayıdıb?
-
İdman00:45
"Neftçi"nin yeni ulduzu Bakıda belə qarşılandı - VİDEO
-
Magazin100:30
Bu da Aytən Səfərovanın oğlu - FOTO
-
Səhiyyə00:15
Ürəyin yükünü azaldan YUXU MÖVQEYİ - Gecələr daxilimizdə görün nələr baş verir
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Əvvəl hisslərinizi analiz edin, sonra...
-
İdman18 Oktyabr 23:00
Neymarın qızına əvvəlcə göz dəydi, sonra top - VİDEO