Dünya
Fransada fermerlər bu ölkə ilə sərhəddəki yolu bağladılar
Hökumətin kənd təsərrüfatı sahəsində siyasətindən narazı olan fransız fermerlər Paris yaxınlığında İspaniya ilə sərhədə gedən magistral yolu bağlayıblar.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Aksiyada ümumilikdə 20-yə yaxın fermer iştirak edir.
Həmkarlar ittifaqı özü də Parisdən şərqdə Almaniya sərhədinə gedən yolda nümayiş elan edib. Orada fermerlər “İlbiz əməliyyatı” adlanan tədbir keçirərək şosse ilə qəsdən yavaş-yavaş hərəkət ediblər və bununla da nəqliyyatın hərəkətini çətinləşdiririblər.
Qeyd edək ki, oktyabr ayında Fransada fermerlərin etirazları yenidən başlayıb. Noyabr ayında aparıcı həmkarlar ittifaqları FNSEA və "Jeunes Agriculteurs" rəsmi olaraq səlahiyyətlilərin hərəkətsizliyinə və Avropa İttifaqının (Aİ) əlverişsiz ticarət razılaşmalarına qarşı hərəkətə keçməyə çağırıblar. Fermerlər bürokratik prosedurların azaldılmasını, gecikmiş Aİ subsidiyalarının ödənilməsini, gənc fermerlərə dəstək verilməsini, onların işinin tənzimlənməsinin azaldılmasını və Aİ ilə Merkosur bloku arasında azad ticarət sazişinin bağlanmasını əngəlləməyi tələb edirlər.
Adəm
-
Qoroskop01:20Günün ulduz falı: Qarşınıza yeni fürsətlər çıxacaq
-
Hadisə00:27Kiyevə dron hücumunda Azərbaycan vətəndaşı həlak oldu: yaralılar var - Yeniləndi
-
Magazin227 Sentyabr 20:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Region27 Sentyabr 20:18Müharibə Qiyamət gününədək davam etsə belə... - Əraqçidən sərt mesaj
-
İdman27 Sentyabr 19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az27 Sentyabr 18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
-
MDB27 Sentyabr 17:39Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
-
Yaxın Şərq27 Sentyabr 17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi












.jpg)

.jpg)


.jpg)













.jpg)

