Kreml: “ABŞ Rusiya vətəndaşlarını ovlayır”
Bizi izləyin

Dünya

Kreml: “ABŞ Rusiya vətəndaşlarını ovlayır”

Rusiya Xarici İşlər Nazirliyinin İnsan hüquqları və demokratiya məsələləri üzrə səlahiyyət nümayəndəsi Konstantin Dolqov Dövlət Dumasında Rusiya və ABŞ-ın münasibətləri barədə keçirilən dinləmələrdə çıxış edib.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, rusiyalı diplomat Vaşinqtonun Rusiya vətəndaşlarının hüquqlarını pozduğunu və “tam proqram” üzrə demokratiyanı ixrac etməyə çalışdığını bildirib.

“ABŞ tərəfindən Rusiya vətəndaşlarının maraqlarının sistematik pozuntusu davam edir. Vaşinqton bütün dünyada praktik olaraq Rusiya vətəndaşlarının ovlanmasını həyata keçirir. Hansı ki, həmin insanların ABŞ-ın təhlükəsizliyini bütün dünyada hədələdiyi hesab olunur”, - Dolqov deyib.

O, həmçinin qeyd edib ki, Rusiya vətəndaşlarının həbs olunması üçün üçüncü ölkələrə təzyiq edilir: “Sözsüz k, bu təcrübə tamamilə qəbuledilməzdir. Biz Amerika hakimiyyətinin belə hərəkətlərinə qarşı ciddi və ardıcıl iş aparmaqda davam edəcəyik”.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi ABŞ-ın Ukraynada ekstremal radikalları dəstəklədiyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm