Dünya
Fransa qorxu içində: Maskın ABŞ administrasiyasına daxil olması...
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimindən sonra "SpaceX"in yaradıcısı İlon Maskın Amerika administrasiyasına daxil olması Avropa İttifaqına (Aİ) üzv ölkələrdə kosmik sənayenin inkişafına təhlükə yarada bilər.
Publika.az xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu “Europe 1” radiosunda xəbərdarlıq edib.
“Məncə, əsl risk "SpaceX"in və onun rəhbərinin Amerika administrasiyasına daxil olmasındadır. İlk dəfədir ki, şəxsi maraqlar praktiki olaraq ABŞ administrasiyasının yanında yer alacaq”, - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, indi Avropa dövlətləri Maskın Tramp administrasiyasına daxil olmasına necə reaksiya verəcəyini anlamalıdır. Səbəb odur ki, Aİ-yə üzv olan ölkələr indi öz suverenliklərini qorumaq və kosmosa çıxış məsələsi ilə üzləşiblər.
Qeyd edək ki, 2024-cü ilin noyabrında seçilmiş Amerika lideri inauqurasiyasından sonra sahibkarlar Elon Musk və Vivek Ramaswami-nin ABŞ Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edəcəklərini elan edib. Onların fəaliyyətinin əsas istiqamətləri dövlət orqanlarında bürokratiyadan və həddindən artıq tənzimləmədən xilas olmaq, həmçinin federal büdcə xərclərini azaltmaq olacaq.
Adəm Abbaslı
-
Maraq dünyası10:40Xilasedicilər xəyanətin üstünü açdılar: 8-ci mərtəbədən yıxılsa da, sağ qaldı - Fotolar
-
MDB10:31Ukraynada nə baş verir? - Bütün ballistik raketlər hədəfə dəyib?
-
İdman09:48Futbolçular qəzaya düşdülər: "Polimer"in hücumçusu öldü
-
Avropa09:28Finlandiyanın müdafiə naziri Rusiya təyyarələrinin vurulması çağırışını pislədi
-
Elm və təhsil08:45Azərbaycanda məktəblərlə bağlı yeni qayda - Məcburi ola bilər
-
Nida Xəbər 02:43Ramiz Mehdiyev təltiflərindən də məhrum ediləcək?
-
ABŞ02:19Trampın təyin etdiyi mətbuat katibi cəmi 5 gün sonra postunu tərk etdi - Qalmaqalın detalları
-
Qoroskop01:20Günün ulduz falı: Köhnə bir tanışınızdan maraqlı təklif alacaqsız





















.jpg)












