Dünya
Pulsuz bayram bileti faciəyə səbəb oldu: Ölən və yaralananlar var - VİDEO
Hindistanın cənub-şərqindəki Andxra Pradeş ştatındakı məbəddə Vişnuya həsr olunmuş dini festivala bilet almaq üçün növbəyə yığılan izdiham nəticəsində azı 6 nəfər ölüb, 40-dan çox insan yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Təşkilatçılar yanvarın 10-da başlaması planlaşdırılan festivalda iştirak etmək üçün 120 min pulsuz bilet paylamağı planlaşdırıblar. Proses zəvvarlar üçün üç yerdə 94 piştaxtada təşkil olunub. Biletlər cümə axşamı səhər saat 5-dən verilməli idi, lakin bir gün əvvəl minlərlə insan kassalara toplaşmağa başlayıb.
"Vişnu Nivasam məbədinin yaxınlığında, Bayraqipatteda şəhərindəki liseydə quraşdırılmış piştaxtada vəziyyət nəzarətdən çıxıb. Çərşənbə günü səhər saatlarından 4-5 minə yaxın insan piştaxtaya yığılıb. Axşam saatlarında izdiham idarə oluna bilməyib, bu da tıxaclara səbəb olub", - deyə bələdiyyə komissarı Narupeddi Moruya bildirib.
Hindistanın baş naziri Narendra Modi, prezident Draupadi Murmu, digər hökumət rəsmiləri və müxalifət liderləri həlak olanların ailələrinə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıblar. Yerli hakimiyyət orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb.
Adəm
-
Elm və təhsil18:48Sevinc Həsənova vəzifəsindən AZAD EDİLDİ
-
ABŞ18:24Melaniya Tramp Ağ Evdə özü haqqında filmin nümayişini keçirdi
-
Digər17:39Kuba müharibəyə hazırlaşır? - Prezident təlimlərə qatıldı
-
İqtisadi gündəm17:19"Temu" satışları dayandırdı, milyonlara istifadəçi şokda
-
İdman17:09Xabi Alonso “Qarabağ”la oyun öncəsi “Liverpul”a qayıdır?
-
Hadisə16:1520 işçinin maaşını verməyən icarədar saxlanıldı
-
Yaxın Şərq16:05Hərbçilər 4 kilometrlik tuneli məhv etdilər
-
Magazin215:357 kilo arıqlayan müğənni bikinidə fotosunu paylaşdı - FOTO
































