Dünya
Sensasion iddia: Öcalan bu tarixdə 3 yerə zəng edəcək və...
Terrora və PKK-nın varlığına son qoymaq üçün başladılan prosesdə Abdulla Öcalnala ilk görüş başa çatıb. İkinci və üçüncü görüşdə Öcalanın Qəndillə birlikdə təşkilatın Suriya və Avropa qollarına çağırış edəcəyi, muxtariyyət və ya federasiya tələbinin olmadığını bildirəcəyi iddia olunur.
Publika.az xəbər verir ki, Türkiyənin PKK terroruna son qoyması üçün yeni prosesin ikinci mərhələsi başlayır. Türkiyə mətbuatının iddiasına görə, Abdulla Öcalanın saxlanıldığı İmralıya ikinci səfərə hazırlıq görülərkən, siyasi partiyalarla danışıqların nəticələri dəyərləndiriləcək. DEM qanadından İmralı ilə ikinci görüşün yanvarın 15-də keçirilə biləcəyi ilə bağlı fikirlər olsa da, hələlik dəqiq tarix müəyyənləşməyib.
Lakin hökumət də prosesin uzadılmasını istəmir. Əgər çağırış ediləcəksə, ikinci və ya üçüncü görüşdə Öcalanın lazımi addımı atacağına dair fikir var.
İkinci və ya üçüncü görüşdən sonra Öcalanın çağırışları olacaq. Bu çağırışda Öcalanın “muxtariyyət və ya federasiya” tələbinin olmadığı və təşkilatdan bu tələblərdən əl çəkərək silahlı mübarizəyə son qoymasını istəyəcəyi bildirilir.
Pərdə arxasında bu çağırışın hansı üsulla ediləcəyi ilə bağlı da qiymətləndirmələr aparılır. Öcalanın əl yazısı ilə mətn yaza bilməsi ehtimalı yüksək olsa da, dövlətin icazəsi ilə audio-video zəng edə biləcəyi də düşünülür.
Bildirilir ki, DEM Partiyasının nümayəndə heyəti siyasi partiyalarla görüşlərində Öcalanın özü və ya Suriyada muxtar bölgə yaradılması ilə bağlı heç bir tələbinin olmadığını çatdırıb.
Suriyada yeni dövrün başlaması ilə birlikdə hökumət terror təşkilatı liderlərinin Suriyadan çıxarılması ilə bağlı ABŞ və Suriya rəhbərliyi ilə də danışıqlar aparır. Bildirilir ki, Türkiyə ölkəni tərk etməli olan təşkilat rəhbərlərinin siyahısını da Suriya rəhbərliyinə verib. Öcalanın çağırışları ilə eyni vaxtda Suriyanın yeni rəhbərliyi tərəfindən bu şəxslərin ölkəni tərk etməsinə icazə veriləcəyi gözlənilir. Təşkilatın digər üzvlərinin də silahlarını yerə qoyması və Suriyada yeni administrasiyaya inteqrasiyası üçün yol açılacaq.
“TGRT News” kanlaının Ankara təmsilçisi Fatih Atik terror lideri Abdulla Öcalanın ən geci fevralın ortalarında PKK-nı silahı yerə qoymağa çağıracağını iddia edib.
Aysel Şahmar
-
Rəsmi xronika14:50
İlham Əliyev daha iki fərman imzaladı
-
Dünya14:30
Bir-birinin ardınca görüş, 130 səhifəlik hesabat: İsraildə Türkiyə qorxusu
-
Sosial13:42
Ev almaq istəyənlərə müjdə: Yeni tikililərdə mənzillər ucuzlaşacaq
-
İdman12:42
Süleymanov AFFA rəhbərliyinə xəbərdarlıq etdi: Səhv etmək limitiniz bitib
-
Kriminal12:30
İcra başçısının oğlunun inanılmaz əməlləri: "Rüsvay olmuşam, evlənə də bilmirəm..."
-
İqtisadi gündəm11:54
Qızılın qiyməti maksimuma çatdı
-
Region11:16
Rusiya "bahalıdır" dedi, Türkiyədən almağı dayandırdı: bu ölkələrə üz tutdular
-
Hadisə10:50
Bakıda jurnalistin xanımı qəfil vəfat etdi