Dünya
Putinin düşmənindən açıqlama: “Oğlum Rusiyaya qaçmaq istəyir”
ABŞ-ın BMT-dəki təmsilçisi Samanta Pauer Rusiyanın sözügedən qurumdakı nümayəndəsi Vitali Çurkinin ən qatı rəqibidir.
Samanta belə bir zarafat edib ki, azyaşlı oğlu bəzən onunla sözləri çəp gələndə anasını Rusiyaya qaçacağı ilə hədələyir.
Pauer Vaşinqtondakı “Strateji və beynəlxalq araşdırmalar mərkəzi”nə verdiyi açıqlamada belə deyib: “Oğlum əsəbiləşəndə məni hədələyir, deyir ki, sənə nifrət edirəm və Rusiyaya, Putinin yanına gedəcəyəm... Amma ümumilikdə o, həssas və qayğıkeş uşaqdır. Mənim bir ana kimi vəzifəm budur ki, uşaqlarıma nəyin yaxşı, nəyin pis olduğunu başa salım”.
Qeyd edək ki, Pauerin beş və iki yaşlı iki övladı var.
Pauer 2015-ci ildə qarşıda duran vəzifələri sırasında İŞİD-lə və Ebolayla mübarizənin dayandığını deyib. Eyni zamanda, ABŞ təmsilçisi Ukraynanın şərqindəki hadisələri də diqqətdə saxlayacağını vurğulayıb.
Samanta Pauer ixtisasca jurnalist və politoloqdur, 2013-cü ilin avqustuna – BMT-dəki missiyasınadək Harvard Universitetinin professoru olub. O, ötən il Pulitser mükafatı laureatı olub.
Pauer eyni zamanda ABŞ prezidenti Barak Obamanın seçki kampaniyası zamanı xarici siyasət məsələləri üzrə baş məsləhətçi vəzifəsini icra edib.
“Tayms” jurnalı onu “ABŞ xarici siyasət elitasının vicdanı üçün yeni səs” kimi səciyyələndirib.
Pauer dünyanın ən nüfuzlu yüz adamı siyahısında yer alır.
Rəbiqə
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ