Dünya
Müxalifət liderindən Trampa müraciət: Maduro və silahdaşları...
Venesuelada müxalifət lideri Mariya Korina Maçado ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa demokratiya uğrunda mübarizəni dəstəklədiyinə görə təşəkkür edib.
Publika.az xəbər verir ki, bu barədə Maçado “X” sosial media hesabında paylaşım edib.
O, müxalifətdən prezidentliyə namizəd olan Edmundo Qonzalesə dəstək verdiyi üçün Trampa minnətdarlığını bildirib:
"Venesuela xalqı qorxu və qəddar zülmə qarşı cəsarətlə bir araya gəlib. Hakimiyyətdən yapışmağa və ədalətdən yayınmağa çalışan cinayətkar rejimi rədd etmək üçün birləşdi. Maduro və onun silahdaşları uğursuzluğa düçar olacaqlar. Təhlükəsizliyimlə bağlı vaxtında və qətiyyətli qayğınız dönüş nöqtəsi oldu. Yeni seçilmiş prezident Edmundo Qonzalesin rəhbərliyi altında Venesuela əvvəlkindən daha güclü olacaq. O, sabitlik və güc çırağına çevriləcək”.
Qeyd edək ki, 2024-cü il iyulun 28-də Venesuelada keçirilən prezident seçkilərində 52 faiz səslə üçüncü dəfə qalib gələn Nikolas Maduro yeni vəzifəsində and içib. Müxalifət koalisiyasının namizədi kimi iştirak edən Edmundo Qonzales Maduronun xalqın iradəsinə zidd çevriliş etdiyini iddia edib.
Aysel Şahmar
-
Sosial12:39Pensiya alanlara şad xəbər - Nazirlik məlumat yaydı
-
Dünya11:18ABŞ hücum edərsə, İranın ilk hədəfi bu ölkə olacaq - Şok ssenari
-
Dünya10:47Bu iki ölkə Türkiyə ilə müharibəyə hazırlaşır: 3,5 milyardlıq sistem yerləşdirirlər
-
İdman10:18"Qarabağ" hansı halda pley-offa yüksələcək? - Bu komandalardan ikisi xal itirsə...
-
Nida Xəbər 09:54Prezidentin gəlini də Davosdadır - FOTO
-
Elm və təhsil09:18Bu şəxslərin təhsil haqqını dövlət qarşılayacaq
-
İdman09:12Bəhlul Mustafazadə tarixə düşdü
-
ABŞ08:49Tramp 2026-cı ilin sonuna qədər bu ölkənin prezidentini devirəcək














.jpg)

.jpg)
.jpg)


















