Dünya
Yük qatarları toqquşdu, nazir müavini işdən çıxarıldı
Bolqarıstanın nəqliyyat və kommunikasiyalar nazirinin müavini Biser Minçev vəzifəsindən azad edilib.
Publika.az xəbər verir ki, bu barədə ölkənin texniki hökumətinin Baş naziri Dimitar Qlavçev dəmir yolu qəzasından sonra müvafiq qərar verib.
“Nazirlikdə dəmir yolu nəqliyyatına cavabdeh olan Minçev iki yük qatarının toqquşması ilə nəticələnən faciəvi hadisə ilə əlaqədar nəqliyyat və rabitə naziri Krasimir Stoyanovun təklifi ilə tutduğu vəzifədən azad edilib”, - məlumatda bildirilir.
Ölkə mətbuatı “Dəmiryol İnfrastrukturu” milli şirkətində də istefaların gözlənildiyini yazır.
Qeyd edək ki, 15 yanvar tarixində Sofiya şəhəri ətrafında, Kremikovtsi dəmir yolu stansiyası yaxınlığında iki yük qatarı toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.
-
Magazin206:16“Polat” onlarla birgə şamı üfürüb tortu kəsdi - FOTO
-
Sosial04:14Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ: Yeni növ peyda oldu, qiyməti... - VİDEO
-
Hadisə01:41Şəkidə canavar kəndə hücum etdi - Xəsarət alanlar var
-
Yaxın Şərq01:11Bu ölkədə 30 ildən sonra ilk dəfə QAR YAĞDI - VİDEO
-
Sosial00:15Xocavənddə vəzifəli şəxs qəzada öldü
-
Qoroskop00:00Günün ULDUZ FALI - Ünsiyyətinizi diqqətlə qurun
-
Magazin220 Dekabr 23:24Yeni ev alıb ona ərə gedəcəyini ELAN ETDİ - FOTO
-
Magazin120 Dekabr 23:00Şəbnəm Tovuzlu elə rəqs etdi ki... - VİDEO








.jpg)













