Misli görünməmiş dələduzluq: 473 maşını terrorçulara satdı
Bizi izləyin

Dünya

Misli görünməmiş dələduzluq: 473 maşını terrorçulara satdı

Türkiyədə müxtəlif şirkətlərdən kirayəyə götürdüyü lüks "4x4 Pikap"ları Suriyaya keçirərək İŞİD-ə satdığı iddia edilən Həsən Səid Yüksəlbaşın sərbəst qalması zərərçəkmişlərin etirazına səbəb olub.

Arqument.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, limandakı işlərinin yaxşı getdiyini, ona görə də çox sayda pikap maşına ehtiyacının olduğunu bildirən Yüksekbaş firmalardan icarəyə "Toyota Hilux", "Volkswagen Amarok", "Mitsubishi L 200", "ISUZU D Max" və "Nissan Navara" kimi lüks avtomobillər istəyib.

O, bu avtomobilləri ayda 2-3 min türk lirəsi ödəmək üzrə anlaşma imzalayıb. Lakin Yüksekbaşın başçılıq etdiyi dəstənin avtomobilləri Suriyaya göndərdiyi və 5-7 min dollara İŞİD qüvvələrinə satdığı ortaya çıxıb. Avtomobillərin Suriyadakı müxalif qruplara satıldığını öyrənən şirkət sahibləri müxtəlif şəhərlərdə prokurorluğa şikayət ediblər.

Hazırda 473 ədəd pikapın aqibəti araşdırılır.

Türkiyənin "Milliyyət" qəzetinin müxbiri Gökhan Karakaşın verdiyi xəbərə görə, təqsirləndirilən şəxs zərərçəkənlər tərəfindən yaxalanıb və polisə təslim edilib. Ancaq ekspertizaya barmaq izi vermək üçün getdiyi zaman qaçıb. Buna görə 3 polis işdən azad edilib.

Şirkət rəhbərlərindən biri - Bülənt Ulaşoğlu Yüksəlbaşın həbs olunmamasını təəssüf hissi ilə qarşıladığını deyib: "10 dənə maşınımın aqibətini araşdırmaq üçün ölüm təhlükəsini gözə alaraq Suriyaya getdim. Ancaq maşınlarımızı aparan şəxs haqqında bu qədər şikayət olmasına baxmayaraq, sərbəst qaldı".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm