Dünya
Putinin dostu strateji layihədən imtina etdi: Risklidir
Rusiya prezidenti Vladimir Putinin yaxın dostu, biznesmen Gennadi Timçenko Rusiyanı Krım yarımadası ilə birləşdirəcək Kerç körpüsünü tikməkdən imtina edib.
Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında biznesmenin özü bildirib.
“Bu, bizim üçün çox ağır layihədir. Əmin deyiləm ki, layihənin öhdəsindən gələcəyik. Riskləri öz üzərinə götürmək istəmirəm. Mən sadəcə bu işə girişməyə qorxuram ", - G.Timçenko deyib.
Bundan əvvəl isə Rusiyanın Krım işləri üzrə nazir Oleq Savelyev bildirib ki, hökuməti Kerç boğazı vasitəsilə Krıma körpünün tikintisi haqqında qəti qərar qəbul etməyib. “Bütün variantlar, həmçinin tunel və körpünün inşasına baxılır. Hazırda ilkin layihə var, ancaq onun dəyişdirilməsi istisna edilmir”, - O.Savelyev qeyd edib.
Rusiya prezidenti yanında Krım Respublikası üzrə səlahiyyətli nümayəndə Geoqiy Muradov da bildirmişdi ki, Kerç boğazı vasitəsilə körpünün tikintisi çox təhlükəlidir.
Rusiya prezidenti Krımın birləşdirilməsindən dərhal sonra
Nəqliyyat Nazirliyinə tapşırıb ki, Rusiya ilə Krımı ayıran Kerç
boğazından körpü tikintisini həyata keçirsin. Lakin indiyə kimi
körpü tikintisini həyata keçirmək istəyən şirkət
tapılmayıb.
Kerç boğazında dəmir yolu körpüsü ilk dəfə 1944-cü ildə Krımın
faşist işğalından azad ediləndən dərhal sonra tikilib. Amma bir
ildən sonra körpü sökülüb və 1953-cü ildə onun yeri bərə
nəqliyyatına verilib. Bərə bu günə kimi fəaliyyət göstərir.
Kerç boğazının eni 4,5 km-dən 15 km-ə qədər dəyişir. Körpünün 4 ilə
tikiləcəyi və 3 milyard dollara başa gələcəyi ehtimal edilir.
Ömər Dağlı
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL