Ukrayna ilə Rusiyanı daş divar ayıracaq
Bizi izləyin

Dünya

Ukrayna ilə Rusiyanı daş divar ayıracaq

“Ukraynanın Rusiya ilə sərhəddə tikəcəyi divar 500 milyon dollara başa gələcək”.

Axar.az xəbər verir ki, bu barədə açıqlamanı Ukraynanın Baş naziri Arseni Yaçenyuk verib. O, divarın tikintisinin 4 il davam edəcəyini bildirib.

Layihənin ilk mərhələsi Çerniqov, Sumsk, Xarkov və Ukrayna ordusunun nəzarətində olan Luqansk vilayətinin şimalını əhatə edəcək.

Qeyd edək ki, noyabrın sonunda Ukrayna Dövlət Sərhəd Xidməti Rusiya ilə sərhəddə 400 km məsafəyə nəzarət edə bilmədiklərini açıqlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm