Dünya
Türkiyənin bu həmləsi Yunanıstanı hərəkətə keçirdi: Antalya və Hatay təhlükədədir
İllərdir Egeydəki adaları qeyri-qanuni şəkildə silahlandıran, Türkiyəni sözdə təhlükə olaraq görən Yunanıstan indi də uzaq mənzilli raketlər üçün hərəkətə keçib.
Publika.az xəbər verir ki, 2037-ci il hədəfini "lazım gəldikdə hücuma hazır olmaq" olaraq təyin edən Yunanıstan donanması gəmilərdə uzaqmənzilli raket sistemləri yerləşdirməyi planlaşdırır.
Yunanıstanın “Kathimerini” qəzetinin məlumatına görə, böyük döyüş gəmilərinə 1000-1400 kilometrə qədər mənzilli raket sistemlərinin, xüsusilə Fransadan sifariş edilən 3 ədəd “Belharra” tipli freqat və önümüzdəki dövrdə alınması gözlənilən 2-4 ədəd yeni sualtı qayıqların quraşdırılması planlaşdırılır.
Məqaləsdə bildirilir ki, Türkiyənin "Mavi Vətən" doktrinası hansısa qarşıdurma halında Egey dənizinin qərbindəki yunan qüvvələrini sıxışdırmağı hədəfləyir. Buna qarşı alına biləcək tədbir təkcə əməliyyat sahəsini genişləndirmək deyil. Türkiyə Antalya və ya Hatay körfəzləri kimi nöqtələri də qorumaq məcburiyyətində qalacaq.
“Ta Nea” qəzeti də bu yaxınlarda İsraildən sifariş edilən 32 kilometr mənzilli “Spike Nlos” və 300 kilometr mənzilli “Puls” raket sistemlərinin əksəriyyətinin Egey adalarında yerləşdiriləcəyini yazıb.
Qəzet Yunanıstan donanmasında freqatlar, zenit silahları, vertolyotlar və təyyarədaşıyan gəmilər, korvetlər və sualtı qayıqlar da daxil olmaqla ümumilikdə 22 gəminin olduğunu bildirib. Həmçinin 2030-2035-ci illər arasında Yunanıstan donanmasına 21-30 gəminin əlavə ediləcəyi proqnozlaşdırılır.
Aysel Şahmar
-
İdman16:58“Qarabağ”la oyundan öncə “Ayntraxt”dan şok qərar: Baş məşqçi qovuldu
-
İdman16:29"Mançester Yunayted"in əfsanəsi kar oldu
-
MDB16:18Donmuş avtomobilini qızdıran zaman yandırdı - VİDEO
-
Nəqliyyat16:09Ağsu aşırımında nəqliyyatın hərəkətində çətinliklər yarandı
-
Magazin214:49Məşhur bloger elə görüntüsünü paylaşdı ki... - FOTO
-
Magazin214:2870 yaşlı keçmiş siyasətçi çimərlik geyimində poza verdi - FOTO
-
MDB14:09Ukrayna ordusu bir neçə istiqamətdə irəlilədi
-
Nəqliyyat13:48DYP-dən sürücülərə xəbərdarlıq









.jpg)



.jpg)




















