Dünya
Yeni dövr, yeni qaydalar - Trampla dünyaya hazırıqmı?
ABŞ prezidenti Donald Tramp rəsmi olaraq ikinci prezidentlik müddətinə başlayıb. Seçki kampaniyası zamanı demokratları bütün dünyada müharibələri qızışdırmaqda ittiham edən Tramp ABŞ qoşunlarını münaqişə zonalarından çıxarmaq üçün ən böyük vədi verib. Trampın Yaxın Şərq və Ukraynada hansı addımları atacağı, ən böyük ticarət rəqibi Çinə qarşı hansı siyasət yürüdəcəyi, Avropanı tək buraxıb-buraxmayacağı və ya onun mümkün Türkiyə siyasəti maraq doğurur.
Publika.az xəbər verir ki, məsələ ilə bağlı Türkiyənin Fransadakı keçmiş səfiri, sabiq diplomat Uluç Özülker “Haber Global”a danışıb.
O, ABŞ-ın dünyanı idarə edən super güc olaraq mövqeyinin təhlükə altında olduğunu bəyan edib:
"ABŞ eyni anda iki müharibə aparmaqda çətinlik çəkərkən, indi onun tək bir müharibədə nə qədər irəli gedə biləcəyi sual altındadır. Pentaqon hazırladığı yeni hesabatda 2030-cu ildə Çinin silah baxımından öz gücünə çatacağını açıqladı. Amerika onun başına nə gələcəyindən narahatdır. Bunun nəticəsi daxili siyasətdə atılacaq addımlar olacaq”.
Zelenski dəstəklənməyəcək
"Yaxın Şərqdə vəziyyət dəyişməyəcək. Mövcud şərtlərlə uzunmüddətli sülh gətirmək mümkün deyil. Netanyahu da buna hazır deyil. ABŞ və İsrail birləşib İranı hədəfə alacaq. ABŞ Suriya ərazisinin üçdə birini işğal edib. Bizim etməli olduğumuz ilk iş 30 kilometrlik təhlükəsiz zonanın təhlükəsizliyini təmin etməkdir. Bu məsələlərdə ABŞ yanımızda deyil, qarşımızda olacaq.
Rusiya və ABŞ Ukrayna ilə bağlı razılığa gələcək. Rusiya əldə etdiyi torpaqları özündə saxlayacaq. Rusiya, Çin və Şimali Koreya ittifaq yaradıb. Avrasiya və NATO qarşı-qarşıya gələcək. Avropa artıq dağılıb, onsuz hərbi cəhətdən də çökmüşdü. Tramp bundan əvvəl Avropaya NATO ilə bağlı xəbərdarlıq etmişdi”.
BRİKS maneə yaradır
"BMT-dəki sistemi ABŞ yaradıb. Birləşmiş Ştatlar hələ də varlı, dominant, qüdrətli ölkədir, ümumi daxili məhsulu 25,5 trilyon dollardır. Lakin onun 38 trilyon dollar borcu var.
Onlar Ukraynaya silah göndərəcəkdilər, lakin Konqres buna mane oldu. BRİKS və Şanxay beşliyi Asiyanı önə çıxarır. Dünyanın 55 faizi iqtisadi cəhətdən Asiyaya keçib. BRİKS 65-70 faizə yüksələcək nəticə əldə edərsə, bu, ABŞ-ın iflasına səbəb ola bilər”.
Bu dəfə daha güclü
Bolu Abant İzzet Baysal Universiteti (BAİBÜ) Beynəlxalq Əlaqələr Departamentindən Kamer Kasım Trampın daha güclü şəkildə geri qayıtdığını bildirib:
"O, əvvəlki məhdudiyyətlərə tabe deyil. 2016-2020-ci illər arasında ABŞ-ın Yaxın Şərqdəki mövcudluğu ilə bağlı fikirləri var idi, lakin onları reallaşdıra bilmədi. Tramp əvvəllər diqqətini iqtisadiyyata yönəldirdi. Tramp “Çin ABŞ vətəndaşlarının işini əlindən alır. Çin malları ABŞ-a belə asanlıqla daxil ola bilməməlidir” deyirdi. İndi daha asan sanksiyalar tətbiq edə bilərlər. Amma bu, dünya ticarətində daralmaya səbəb olar”.
Tayvana diqqət!
"2027-ci ildə Çinin Tayvana hərbi müdaxilə edə biləcəyi proqnozlaşdırılır. Mümkün əməliyyata qarşı ABŞ-ın Tayvana hərbi dəstək verib-verməyəcəyi müzakirə olunur. Bunu mümkün görmürəm. Yaxın Şərqdə Trampın istədiyi bir hadisə baş verdi. Düşünürəm ki, atəşkəs onu gücləndirəcək, lakin bundan sonra onun hansı siyasət yürüdəcəyi Fələstin üçün həlledici olacaq”.
Ukraynada atəşkəs
"Tramp dedi ki, Rusiya-Ukrayna müharibəsini 24 saata bitirəcəyik. Belə qısa müddətdə nəticə əldə ediləcəyini düşünmürəm. Ukrayna Krım da daxil olmaqla, ərazi bütövlüyünü güzəştə getməyəcək. Beynəlxalq hüquq baxımından bu, belədir. Rusiya ən azı işğal etdiyi əraziləri saxlamaq istəyir. Sadəcə uzunmüddətli atəşkəs ola bilər. Beynəlxalq münasibətlərdə buna “dondurulmuş münaqişə” deyilir. Tramp buna qısa müddətdə nail ola bilər. Amma problem həll olunmur”.
Roza Şəfiyeva
-
Elm və təhsil19:35
Məktəblərdə 5 gün dərs olmayacaq - Rəsmi
-
Kriminal18:50
Baş Prokurorluqdan Nəzrinin ölümünə səbəb olan həkimlə bağlı AÇIQLAMA - YENİLƏNDİ
-
Nəqliyyat18:45
Bu yollarda sıxlıq var - SİYAHI
-
Dünya18:07
Rusiya böyük savaşa hazırlaşır: Putin hər an hücum əmri verə bilər
-
Hadisə17:21
Bir ailədən 14 nəfər ölmüşdü... - Ərdoğan onları tək qoymadı
-
Nida Xəbər 17:07
Orxan Əsgərovun atası İrandakı səfirliyimizə hücum edəni bağışlayacaq?
-
Dünya16:12
Türkiyədəki yanğının dəhşətli faktı: Ailənin 14 üzvü ölüb, anasına zəng edən Gültəkin deyib ki...
-
Dünya15:48
Dünya liderlərinin məvacibləri: Ən çox hansı ölkənin rəhbəri alır?