“Mənə səs verən seçiciyə Sindi Kraufordu bir gecəlik hədiyyə edəcəyəm“
Bizi izləyin

Dünya

“Mənə səs verən seçiciyə Sindi Kraufordu bir gecəlik hədiyyə edəcəyəm“

Adı daima səs-küylü layihələrdə olan ssenarist-yazar bu dəfə azərbaycalı tamaşaçının hiddətinə səbəb olub. Qısa arayış üçün bildirək ki, Gani Müjde Türkiyənin tanınmış karikatura ustası, yazarı, ssenaristidir. Onun hər açıqlaması, müəllifi olduğu ssenarilər Türkiyəni çalxalayır.


Bodrumda, yaxtında həyat sürən yazar gününü ssenari yazılarına və Bodruma dəvət etdiyi aktyorlarla əyləncələrə sərf edir. Seçki vaxtı seçiciyə səs üçün dil tökən namizədlərə söz ataraq "Milliyet" qəzetində "Mənə səs verən seçiciyə Sindi Kraufordu bir gecəlik hədiyyə edəcəm" yazmışdı.

Efirə çıxdığı gündən həm Türkiyədə, həm də Azərbaycanda qalmaqala səbəb olan “Yahşi Cazibe” serialının sonluğu yenə də aləmi qarışdırdı. Final seriyasında azərbaycanlı qadın xarakteri Cazibe pullu kişilərlə evlənib sonra onları aldadan qadın obrazını canlandırıb. Hər iki ölkədə sonluqla bağlı ciddi narazılıqlar var. Ssenaristin sözlərinə görə, serialda Cazibe rolunu canlandıran Aslıhan Gürbüzün müqavilənin şərtlərini pozması, serialdan uzaqlaşması belə bir finalla nəticələnib. Gani Müjde bildirib ki, Azərbaycanın belə bir reaksiya verməsinə lüzum yoxdur. 92 seriyadır ki, Türkiyə vətəndaşı Simgeni hər cür təhqir etmişik. "Bu məsələdə millət ayrı-seçkiliyi prizmasından yanaşmaq səhvdir. Bu obrazı mən yaratmışdım , mən də öldürürəm" deyən yazar, özünü haqlı sayır...

Günay Muradlı
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm