Türk düşməni parlamentdə
Bizi izləyin

Dünya

Türk düşməni parlamentdə

Fransa Senatı tərəfindən qəbul olunan qondarma erməni soyqırımı ilə bağlı qanun layihəsinin memarı Valeri Boyner növbəti dəfə millət vəkili seçilib.

Publika.Az-ın məlumatına görə, Xalq Hərəkatı Birliyi Partiyasından namizədliyini irəli sürən Boyner çox az fərqlə rəqibini üstələyə bilib.

Türk düşməni 50.65 faiz səslə rəqibi Sosialist Partiyasından namizəd Kristof Massı məğlub edib.

Boynerin seçildiyi Bouches du Rhone əyaləti ermənilərin sıx yaşadığı yerdir.

Qondarma qanun layihəsinin Senatda qəbulundan sonra ermənilər parlamant seçkilərində Boynerə səs verəcəklərini vəd etmişdilər.

Anar Əhmədov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm