Milyarderlər ova getmək üçün tankı haradan və necə alırlar?
Bizi izləyin

Dünya

Milyarderlər ova getmək üçün tankı haradan və necə alırlar?

Ukrayna milyarderləri ova getmək üçün tank və Piyadaların Kəşfiyyat Döyüş Maşınlarından (PKDM) istifadə edir.

Publika.Az-ın məlumatına görə, internetdə bu cür hərbi texnikaların satışı ilə bağlı elanlar ildən-ilə artmağa başlayıb.

Texnikaların satışı ilə məşğul olan Aleksandr adlı şəxs jurnalistlərə verdiyi açıqlamada Zirehli Transportyor (ZTR), PKDM, tank, vertolyot və təyyarə satdıqlarını deyib:

"Həmin texnikalar Kiyevdən 20 kilometr aralıda yerləşir. Məsələn, PKDM-lərin qiyməti 80 min qrivendir".

Onun sözlərinə görə, bu texnikalardan istifadə etmək üçün yol polisində iki həftə ərzində qeydiyyatdan keçmək olar və onları sürmək üçün mütləq D kateqoriyalı sürücülük vəsiqəsi tələb olunur.

Aleksandr bildirib ki, onun müştəriləri əsasən məmurlar və milyonçulardır:

"Adətən onlar belə texnikaları ova və balığa getmək üçün istifadə edirlər".

Hətta müştərilərdən biri qiyməti 100 min qriven olan T-64 tankı alıb.

Anar Əhmədov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm