İran 20 İsrail kəşfiyyatçısını tutub
Bizi izləyin

Dünya

İran 20 İsrail kəşfiyyatçısını tutub

İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi nüvə fiziklərinin öldürülməsində şübhəli bilinən 20 nəfəri saxladığını bildirib.

Publika.Az-ın məlumatına görə, nazirlik həmin saxlanılanların İsrail kəşfiyyatının əməkdaşları olduğunu deyib.

Saxlanılanların kimliyi barədə məlumat verilməyib.

Qeyd edək ki, 2010-cu ildən bəri İranın nüvə alimlərinə qarşı keçirilən eyni ssenarili sui-qəsdlər nəticəsində 5 alim qətlə yetirilib.

İran tərəfi alimlərin öldürülməsini MOSSAD-ın işi olduğunu qeyd edir. Eyni zamanda bildirib ki, İsral ABŞ və Böyük Britaniyanın köməyi ilə İrana qarşı sirli müharibə aparır.

Anar Əhmədov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm