Yuliya Timoşenko azadlığa buraxılacaq
Bizi izləyin

Dünya

Yuliya Timoşenko azadlığa buraxılacaq

Ukraynanın həbsdəki sabiq baş naziri Yuliya Timoşenko əfv olunacaq.

Publika.Az xəbər verir ki, ABŞ-ın "Time" jurnalına açıqlama verən Ukrayna prezidenti Viktor Yanukoviç Yuliya Timoşenkonun əfv ediləcəyini deyib.

Prüezident bildirib ki, bu addım böhranın ən sadə həll yolu ola bilər.

Yuliya Timoşenko Kiyevin Peçora rayon Məhkəməsinin qərarı ilə 11 oktyabr 2011-ci il tarixində 7 il müddətinə azadlıqdan məhrum edilib. Keçmiş baş nazir 2009-cu ildə Rusiya ilə təbii qaz razılaşmaları imzalayarkən səlahiyyət həddini aşmaqda və Ukraynayaya zərər vurmaqda ittiham edilib.

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm