Dünya
Ərdoğan tarix açıqladı: "Yeni bir Türkiyə inşa edəcəyik"

2028-ci ildən sonra yeni bir İstanbul, yeni bir Türkiyə inşa edəcəyik. Son nəfəsimə qədər AK Partinin millətə, vətənə və bəşəriyyətə xidmət mübarizəsində yer almağın haqlı qürurunu yaşayacağam.
Publika.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AK Parti) İstanbulda keçirilən VIII Qurultayında çıxışı zamanı deyib.
Son iki il ərzində 6 fevral zəlzələlərinin səbəb olduğu ziyanın aradan qaldırılması, həmçinin fəlakət risklərinin azaldılması üçün 2,6 trilyon lirə məbləğində vəsaitin xərcləndiyini qeyd edən Türkiyə Prezidenti bildirib ki, indiyədək zəlzələ bölgəsində 201 min 580 mənzil və iş yerinin açarı sahiblərinə təhvil verilib.
Onun sözlərinə görə, mənzillərin 45 faizinin inşası tamamlanıb. Qalan 252 min mənzil və iş yerinin tamamlanması üçün işlər sürətlə davam edir. Gələn ilin əvvəlinə qədər ümumilikdə 453 min mənzil və iş yerinin inşası başa çatacaq.
Ölkə başçısı son 22 ildə İstanbula ümumilikdə 3 trilyon 850 milyard lirə dəyərində dövlət vəsaiti ayrıldığını xatırladıb. O, hazırda bu meqapolisdə 7,5 milyon riskli müstəqil bölmənin olduğunu, bu istiqamətdə şəhərsalma layihələrinin davam etdiyini vurğulayıb.

-
Magazin207:35
80 milyonluq sərvəti vardı, övladlarına bir qəpik də miras qoymadı
-
Magazin205:45
Çağatay 22 il öncəki halını paylaşdı - FOTO
-
Nəqliyyat03:35
Bakı metrosu sərnişinlərə niyə “Ah İstanbul” musiqisini dinlədir? - AÇIQLAMA
-
Sağlamlıq02:43
Tanınmış "cərrah" 100-ə yaxın xəstəsini şikəst qoyub
-
Qoroskop00:15
Günün qoroskopu: İşdə yeni imkanlar və təkliflər sizi sevindirəcək
-
Dünya14 Mart 23:45
Bu məsələ dostları qarşı-qarşıya qoyur - Hakan Fidan
-
Magazin114 Mart 23:00
Qadınlar alimentə görə boşanır deyənlər... - Aytən Səfərovadan sərt sözlər
-
İdman14 Mart 22:46
Palmerin sevgilisi ilk dəfə danışdı: Gözü üzərimdə idi – Fotolar