Dünya
Alyaskada itən təyyarə tapıldı: bütün sərnişinlər ölüb

Alyaskada yoxa çıxan "Bering Air Cessna Caravan" təyyarəsi tapılıb. Təyyarədəki 9 sərnişin və pilot ölüb.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Sahil Mühafizəsinə istinadən məlumat yayılıb .
“Alyaskanın qərbində, mərkəzi Nome şəhərinə uçarkən qəzaya uğrayan kiçiktutumlu sərnişin təyyarəsinin qalıqları cümə günü dəniz buzları üzərində tapılıb və onun göyərtəsində olan 10 nəfərin hamısı həlak olub”, - deyə bildirilib.
Qeyd edək ki, təyyarə fevralın 6-da günorta saatlarında Unalaklit şəhərindən Nom şəhəri istiqamətdə uçuş həyata keçirən zaman yoxa çıxıb. İlkin məlumata əsasən, əlverişsiz hava şəraitinə görə təyyarə qəzaya uğrayıb.
(Teleqraf)

-
Magazin207:35
80 milyonluq sərvəti vardı, övladlarına bir qəpik də miras qoymadı
-
Magazin205:45
Çağatay 22 il öncəki halını paylaşdı - FOTO
-
Nəqliyyat03:35
Bakı metrosu sərnişinlərə niyə “Ah İstanbul” musiqisini dinlədir? - AÇIQLAMA
-
Sağlamlıq02:43
Tanınmış "cərrah" 100-ə yaxın xəstəsini şikəst qoyub
-
Qoroskop00:15
Günün qoroskopu: İşdə yeni imkanlar və təkliflər sizi sevindirəcək
-
Dünya14 Mart 23:45
Bu məsələ dostları qarşı-qarşıya qoyur - Hakan Fidan
-
Magazin114 Mart 23:00
Qadınlar alimentə görə boşanır deyənlər... - Aytən Səfərovadan sərt sözlər
-
İdman14 Mart 22:46
Palmerin sevgilisi ilk dəfə danışdı: Gözü üzərimdə idi – Fotolar