Hərbi müdaxilə planı masa üzərində!
Bizi izləyin

Dünya

Hərbi müdaxilə planı masa üzərində!

ABŞ ordusunun Suriyaya mümkün hərbi müdaxilə planı hazırdır.

Publika.Az-ın məlumatına görə, CNN kanalına danışan ABŞ hərbi səlahiyyətliləri Pentaqonun mümkün hərbi əməliyyatlar zamanı hansı ordu növlərinə, neçə əsgərə ehtiyac olacağı və hərbi müdaxilənin xərcləri ilə bağlı qiymətləndirmələrinin tamamlandığını söyləyiblər.

Müdaxilə planında uçuşa qadağan bölgənin yaradılması ilə yanaşı kimyəvi və bioloji silahların olduğu sahələrin qorunması da yer alıb.

ABŞ səlahiyyətliləri müzakirə masasındakı bütün ssenarilərin həyata keçirilməsinin çox çətin olduğunu və çoxsaylı ABŞ əsgərinin qatılacağı genişmiqyaslı əməliyyatlar keçirməyin lazım gəldiyini bildiriblər.

Xəbərdə Suriyanın qonşuları Türkiyə, İordaniya və İsraillə görüşən ABŞ rəsmilərinin kəşfiyyat məlumatlarının mübadiləsi məsələsini də müzakirə etdikləri qeyd edilib.

Hərbi müdaxilə planında açar ölkə rolunu İordaniyanın oynayacağı deyilir. İordaniyanın kiçik bir hərbi qüvvəsinin kimyəvi və bioloji silahların olduğu sahələrin qorunması üçün Suriyaya girməsi nəzərdə tutulur.

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm