“Suriyadakı hadisələrin günahkarı ABŞ-dır“
Bizi izləyin

Dünya

“Suriyadakı hadisələrin günahkarı ABŞ-dır“

Suriya Xarici İşlər Nazirliyi ABŞ-ı daxili işlərinə qarışmaq və müxalifət aksiyalarını dəstəkləmək və Suriyadakı hadisələri BMT-yə qəsdən səhv çatdırmaq, ölkənin inkişafına mane olmaqda günahlandırıb.


Publika.Az-ın məlumatına görə, Nazirliyin yaydığı bəyanatda ABŞ-ın bu mövqeyinin Suriyada gərginliyin artmasına, müxalifətçilər tərəfindən onlarla mülki insanın öldürülməsinə səbəb olduğu bildirilib.

Bəyanatda həmçinin qeyd olunub ki, Suriya hökuməti Annan planına sadiqdir, ancaq Amerika və bəzi region ölkələri buna şübhə ilə yanaşır və bu da müxalifətin planı pozmasına gətirib çıxarır.

Anar Əhmədov
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm