İran nüvə alimlərini öldürənləri ələ keçirdi
Bizi izləyin

Dünya

İran nüvə alimlərini öldürənləri ələ keçirdi

İranda yanvar ayında ölkənin nüvə alimlərinin öldürülməsində iştirak edən şəxslər həbs olunub.

Publika.Az-ın məlumatına görə, İran dövlət televiziyasının ölkənin xüsusi xidmət orqanlarına istinadən verdiyi xəbərdə nüvə alimləri Məcid Şəhriyari və Mustafa Əhməd Röşənə qarşı sui-qəsd təşkilində şübhəli bilinən şəxslərin ələ keçirildiyi bildirilib.

Məlumatda qeyd olunub ki, saxlanılanlar sui-qəsdi İsrail kəşfiyyatının sifarişi ilə həyata keçiriblər.

Tutulanların kimliyi ilə bağlı məlumat verilməyib.

Anar Əhmədov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm