Dünya
Məşhur modeldən Trampın Qəzza planına ETİRAZ - FOTO

Dünyaca məşhur Fələstin əsilli amerikalı model Bella Hadid "İnstagram" hesabında Fələstini dəstəkləyən paylaşım edib.
Publika.az xəbər verir ki, Hadid ABŞ prezidenti Donald Trampın “Qəzzaya zərbə vurmaq” planına reaksiya verib.
O, Fələstinin simvollarından biri olan qarpız motivi ilə çəkilmiş əl şəkli ilə "Fələstin hər zaman fələstinlilərə məxsusdur" ifadəsini vurğulayıb.
Hadid Fələstin mədəniyyətinin, soyunun və tarixinin köklərinin heç bir güc, pul və ya şəxs tərəfindən dəyişdirilə bilməyəcəyinə işarə edib.
"Fələstin xalqının sahib olduğu həqiqətin dərinliyi hər zaman yaşayacaq. Biz bunu heç vaxt unutmayacağıq”, - deyə o yazıb.
Model Qəzza və İordan çayının qərb sahilindəki hücumlardan təsirlənən fələstinlilərin təməl insan hüquqlarına sahib olmasının lazım olduğunu qeyd edib:
"Onlar istədikləri kimi gəlib-getmək azadlığına layiqdirlər. Əcdadlarının yüz illər boyu yaşadıqları, sevdikləri, ailələrini və icmalarını qurduqları torpaqlara bağlı qalmağa layiqdirlər. Onlar qorxu, təhqir və ya rüsvayçılıq içində yaşamamalıdırlar".
Roza


-
Avropa10:30
Zelenski vəd verib, yerinə yetirsin! - Poroşenko şok detalı açıqladı
-
Region10:12
İstanbulda təxribat təhlükəsi: metro və yollar bağlandı - Nə baş verir?
-
Region09:54
Türkiyədə hökuməti devirmək istəyirmişlər: İsmayıl Saymaz da saxlanıldı
-
Dünya09:18
Saxlanılan İmamoğludan ilk açıqlama: Onun həbsini kim sifariş edib? - VİDEO
-
MDB09:12
Daha bir generala qarşı cinayət təqibi başladı: Nədə ittiham olunur?
-
Nida Xəbər 08:43
Ordumuzun mövqeləri yenidən atəşə tutuldu
-
Avropa07:47
Putin-Tramp danışıqlarından sonra Ukrayna PUA hücumlarına məruz qaldı
-
Sosial02:12
Azərbaycanda vəzifəli şəxs rüşvətə görə vəhşicəsinə döyülüb? - İDDİA