Dünya
Dünyanı qorxuda saxlayan bu asteroid Yerə düşsə... - Görün haranı dağıdacaq

Astronomların “2024 YR4” adlı asteroidin dünya üçün potensial təhlükəsi barədə xəbərdarlıq etdiyi haqda məlumat vermişdik. Hesablamalara görə, bu göy cismi təkcə Yer üçün deyil, Ay üçün də təhlükə yaradır. Bəs bu asteroid planetimizə düşsə nə baş verə bilər?
Publika.az xəbər verir ki, Arizona Universitetindən Devid Rankinin sözlərinə görə, "2024 YR4”-ün Yerə dəymə ehtimalı 2 faizdən bir qədər çoxdur.
Onun hesablamalarına görə, 2032-ci il dekabrın 22-də Piza qülləsi böyüklüyündə olan bu asteroidin Yerlə toqquşma ehtimalı 48-də birdir. Rankinin sosial media hesabında paylaşdığı simulyasiya videosu asteroidin mümkün təsir nöqtəsini göstərir.
Alimlərin fikrincə, bu göy cismi Yerə dəysə, 8 meqatonluq partlayış baş verəcək. Bu, Xirosimaya atılan atom bombasından 343 dəfə çox dağıdıcıdır. Bu partlayış Vaşinqton qədər böyük bir ərazini məhv edə bilər.
NASA-nın təhdidlər siyahısındakı ən mühüm səma cisimlərindən biri olan “2024 YR4” təkcə Yer üçün deyil, Ay üçün də təhlükə yaradır. Asteroidin Aya dəymə ehtimalı 0,3 faizdir.
Atmosferi olmayan Ay saatda təxminən 48 min kilometr sürətlə çırpılacaq bu asteroidin zərbəsini birbaşa hiss edəcək. Bu halda Ayda diametri 500 ilə 2 min metr arasında olan kraterin açılması gözlənilir.
Asteroidin təhlükəsi ilə bağlı narahatlıq olsa da, Rankin dünya üçün böyük riskin olmadığını vurğulayıb: "Bu asteroidin Yer üçün təhlükə yaratma ehtimalı cəmi 2,1 faizdir. Hazırda narahat olmağa dəyməz".
Roza

-
Rəsmi xronika11:30
Prezident fərman imzaladı
-
Sosial11:20
İki aydır qərar verilib: İş saatları nə vaxt dəyişdiriləcək?
-
Müsahibə10:20
Azərbaycanı tanımaq üçün gəldi, kürəkənimiz oldu: Bələdçilikdən dostluğa, dostluqdan sevgiyə - FOTOLAR
-
Hadisə09:10
Qəbələdə yaşayış binasında YANĞIN: sakinlər təxliyə edildi
-
Magazin207:35
80 milyonluq sərvəti vardı, övladlarına bir qəpik də miras qoymadı
-
Magazin205:45
Çağatay 22 il öncəki halını paylaşdı - FOTO
-
Nəqliyyat03:35
Bakı metrosu sərnişinlərə niyə “Ah İstanbul” musiqisini dinlədir? - AÇIQLAMA
-
Sağlamlıq02:43
Tanınmış "cərrah" 100-ə yaxın xəstəsini şikəst qoyub