Mübarəkin hesabları donduruldu
Bizi izləyin

Dünya

Mübarəkin hesabları donduruldu

Kipr Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin və yaxınlarının gizli hesabları məsələsində araşdırma aparacaq.

Publika.Az-ın məlumatına görə, Kipr ədliyyə naziri Lukas Luka korrupsiya və maliyyə cinayətlərini araşdıran MOKAS təşkilatının məsələni ciddi şəkildə araşdırdığını bildirib.

Luka araşdırmanın adını çəkmədiyi bir ölkədən gələn tələbdən sonra aparıldığını və bununla bağlı ölkədə fəaliyyət göstərən bütün şirkətlərdə də eyni araşdırma aparılacağını deyib.

Kipr mətbuatı Mübarəkin oğulları Alaa və Camalın ölkədəki bəzi şirkətlərin rəhbərləri olduğunu yazıb.

Kiprin Misirdəki nümayəndəliyinin mətbuat xidmətinin rəsmisi məsələ ilə bağlı aparılan araşdırma nəticəsində Mübarəkin dondurulan hesablarının 1.5 milyon dollar təşkil etdiyini bildirib.

Anar Əhmədov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm