Əsəd havadan və qurudan bombalayır
Bizi izləyin

Dünya

Əsəd havadan və qurudan bombalayır

Publika.Az-ın məlumatına görə, Suriyanın SNN xəbər agentliyi

hərbi təyyarələrin ölkənin cənubunda yerləşən Dera şəhərini bombaladığını, ölən və yaralananların həddən artıq çox olduğunu bildiriblər.

SNN bundan başqa Dəməşqin Seyyide Zeyneb rayonunda güclü partlayışın baş verdiyini yazıb.

Bundan başqa Humusun Rastan vilayətinin də havadan və qurudan bombardman olunduğu yazılıb.

Suriya İnsan Haqları Təşkilatı isə paytaxt Dəməşqin mərkəzində yerləşən Ruknəddin və Kefer Susa məhəllərində döyüşlərin getdiyini bildirib.

Anar Əhmədov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm