Moskva Makronun təşəbbüsünü belə ələ saldı: Bəlkə Danimarkanın dərdini çəkəsiniz
Bizi izləyin

Dünya

Moskva Makronun təşəbbüsünü belə ələ saldı: Bəlkə Danimarkanın dərdini çəkəsiniz

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova hesab edir ki, danışıqlar masası arxasında Ukraynanın “ərazi bütövlüyünü” müdafiə etməyə çalışan Avropa dövlətləri və liderləri ABŞ-ın Qrenlandiyaya iddiaları fonunda Danimarkaya kömək etməkdə eyni marağı nümayiş etdirməlidirlər.

Publika.az xəbər verir ki, o, "Telegram" kanalında qeyd edib ki, bir sıra Avropa dövlətləri və Aİ liderləri Ukraynanın ərazi bütövlüyünü qorumaq üçün “danışıqlar masası arxasına oturmağa” çalışırlar. Eyni zamanda, Ukrayna hazırda Qrenlandiya ilə bağlı Vaşinqtonun ciddi iddiaları ilə üzləşən Danimarkadan fərqli olaraq nə Aİ-nin, nə də NATO-nun üzvüdür.

"Bəlkə yalnız "danışıq masası arxasına əyləşmək" arzusunda olan Aİ üzvləri, məsələn, Kopenhagendə belə bir masa tapıb orada oturmalıdırlar? Danimarkaya yardım, diplomatik həll və "ərazi güzəştləri" şərtlərini müzakirə edin", - Zaxarova yazıb.

O, həmçinin əlavə edib ki, ATƏT bu müzakirələrə cəlb oluna, burada Aİ üzvləri Danimarkanın ərazi bütövlüyünə dair ABŞ-la “danışıq masası” arxasında əyləşə bilər.

"Yoxsa Münhendə ağlayanlar belə "danışıq masası"nı proqnozlaşdırmayıblar?", - Xarici İşlər Nazirliyinin nümayəndəsi istehza ilə soruşub.

Qeyd edək ki, Makronun təşəbbüsü ilə bir neçə Avropa ölkəsinin lideri Parisdə “Ukrayna sammiti” çərçivəsində müzakirələr aparıblar.

Donald Tramp ABŞ-ın Qrenlandiyaya sahib olmasını “mütləq zərurət” adlandırıb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm