Dünya
Putin və Trampın tezliklə görüşmək şansı varmı? - Bukmekerlər tarixi açıqladı

Bukmekerlər Vladimir Putinlə Donald Tramp arasında görüş şansını Trampın hakimiyyətinin ilk 100 günündə 78%, Rusiya ilə Ukrayna arasında 2025-ci ildə barışıq əldə etmək ehtimalını isə 74% qiymətləndirir.
Publika.az xəbər verir ki, bu barədə "Polymarket" onlayn platforması məlumat yayıb.
Bildirilir ki, iki dövlət başçıları arasında aprelin 29-da şəxsi görüşün baş tutma ehtimalı hazırda 78% təşkil edir ki, bu da çərşənbə axşamı gecəsi qeydə alınan 83%-lik nəticədən bir qədər aşağıdır.
Eyni zamanda, bukmeker kontorlarının hesablamalarına görə, Rusiya ilə Ukrayna arasında atəşkəsin 2025-ci ildə bağlanma ehtimalı 74% təşkil edir ki, bu da ötən il dekabrın 30-da geri sayımın başlanmasından bəri rekord göstəricidir.
Xatırladaq ki, bu gün Ər-Riyadda yüksək səviyyəli Rusiya-Amerika danışıqları başlayıb. Rusiyanı danışıqlar masasında xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov təmsil edir. Onların qarşısında üç amerikalı müzakirəçi var: ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals, dövlət katibi Marko Rubio və ABŞ liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff. Başda isə Səudiyyə Ərəbistanının nümayəndələri dayanır.
Adəm Abbaslı

-
Cənubi Qafqaz17:45
Paşinyanın Türkiyə planı: Bu yolla sərhədin açıq qalmasına çalışacaq
-
Sağlamlıq16:45
Narkoloqdan xəbərdarlıq: Siqaret tüstüsünün tərkibində...
-
Region15:31
İranın ali dini liderindən ABŞ-a "ağır şillə"...
-
Nida Xəbər 14:40
Putin İlham Əliyevi təbrik etdi
-
Sosial13:53
Anası həmin körpədən imtina etdi - Rəsmi
-
Sosial13:00
Sabah yağış intensivləşəcək, dolu düşəcək
-
İqtisadi gündəm11:15
Azərbaycan nefti bahalaşdı
-
Kriminal10:10
Azər Səricanovun oğlu həbs olundu