Dünya
Tramp münaqişəni necə bitirmək istəyir? - Rubio danışdı

ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişəyə ədalətli son qoymaq və onun 2-3 ildən sonra təkrarlanmasının qarşısını almaq istəyir.
Publika.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Marko Rubio Ər-Riyadda danışıqların yekunları üzrə deyib.
Rubio, həmçinin əlavə edib ki, Ukraynadakı münaqişəyə son qoyulması üçün bütün tərəflərdən güzəştlər tələb olunacaq.
Bundan əvvəl “Fox News” telekanalının jurnalisti Ceki Haynrix diplomatik dairələrdəki mənbələrə istinadən yazıb ki, ABŞ və Rusiya Ukraynada seçkiləri nizamlama prosesinin uğuru üçün əsas şərt hesab edir.
O, həmçinin qeyd edib ki, Tramp və Rusiya prezidenti Vladimir Putin “Vladimir Zelenskinin yenidən seçilmək şansını aşağı hesab edirlər.
Bldirilir ki, tərəflər atəşkəsdən sonra seçkilərin keçirilməsini və daha sonra sülh sazişinin imzalanmasını müzakirə edirlər.
Adəm Abbaslı

-
Sağlamlıq16:45
Narkoloqdan xəbərdarlıq: Siqaret tüstüsünün tərkibində...
-
Region15:31
İranın ali dini liderindən ABŞ-a "ağır şillə"...
-
Nida Xəbər 14:40
Putin İlham Əliyevi təbrik etdi
-
Sosial13:53
Anası həmin körpədən imtina etdi - Rəsmi
-
Sosial13:00
Sabah yağış intensivləşəcək, dolu düşəcək
-
İqtisadi gündəm11:15
Azərbaycan nefti bahalaşdı
-
Kriminal10:10
Azər Səricanovun oğlu həbs olundu
-
Hadisə09:00
Azərbaycanda ZƏLZƏLƏ OLDU