Dünya
ABŞ Ukrayna münaqişəsinin nə vaxt bitəcəyini açıqladı

ABŞ dövlət katibi Marko Rubio Ər-Riyadda Rusiya nümayəndələri ilə danışıqlardan sonra Ukraynada münaqişənin hansı şərtlər altında dayandırılmasının mümkün olacağı ilə bağlı sualı cavablandırıb.
Publika.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
“Münaqişənin sona çatması üçün tərəflər bununla razılaşmalıdır”, - deyə Rubio bildirib.
ABŞ Dövlət Departamenti rəhbərinin sözlərinə görə, münaqişə tərəflərinin hər biri güzəştə getməli olacaq.
Avropa İttifaqına (Aİ) gəlincə, Rubio qeyd edib ki, Aİ müəyyən məqamda danışıqlar masası arxasında olmalıdır, çünki o da sanksiyalar tətbiq edib. Amma əsas məqsəd münaqişəyə son qoymaqdır. Eyni zamanda, dövlət katibi vurğulayıb ki, sülh ədalətli, uzunmüddətli, davamlı və bütün tərəflər üçün məqbul olmalıdır.
Rubio həmçinin təsdiqləyib ki, ABŞ Kiyev də daxil olmaqla, münaqişənin hər iki tərəfi ilə danışıqlar aparır.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq fevralın 19-da səhər tezdən Kiyevə gələcəyini və orada Vladimir Zelenski ilə danışıqlar aparacağını bildirib.
Bundan əlavə, Rubio ABŞ və Rusiya diplomatik nümayəndəliklərinin normal fəaliyyətinin bərpası məsələsini iki ölkə arasında danışıqlar prosesinin növbəti mərhələsi adlandırıb.
Adəm Abbaslı

-
Magazin207:35
80 milyonluq sərvəti vardı, övladlarına bir qəpik də miras qoymadı
-
Magazin205:45
Çağatay 22 il öncəki halını paylaşdı - FOTO
-
Nəqliyyat03:35
Bakı metrosu sərnişinlərə niyə “Ah İstanbul” musiqisini dinlədir? - AÇIQLAMA
-
Sağlamlıq02:43
Tanınmış "cərrah" 100-ə yaxın xəstəsini şikəst qoyub
-
Qoroskop00:15
Günün qoroskopu: İşdə yeni imkanlar və təkliflər sizi sevindirəcək
-
Dünya14 Mart 23:45
Bu məsələ dostları qarşı-qarşıya qoyur - Hakan Fidan
-
Magazin114 Mart 23:00
Qadınlar alimentə görə boşanır deyənlər... - Aytən Səfərovadan sərt sözlər
-
İdman14 Mart 22:46
Palmerin sevgilisi ilk dəfə danışdı: Gözü üzərimdə idi – Fotolar