Prezident seçkisi təxirə salına bilər
Bizi izləyin

Dünya

Prezident seçkisi təxirə salına bilər

Publika.Az-ın məlumatına görə, Hatim Bkatu jurnalistlərə verdiyi açıqlamada Misir Ali Seçki Şurası tərəfindən rədd edilməsi tələbi ilə Konstitusiya Məhkəməsinə çıxarılan "Siyasətdən Kənarlaşdırma" Qanununu ləğv olunacağı təqdirdə sözügedən 4 ehtimalın ortaya çıxacağını deyib.

"Siyasətdən Kənarlaşdırma" Qanunu inqilabdan əvvəl siyasətlə məşğul olan insanların 10 il Misir siyasətinə daxil olmayacağını nəzərdə tutur. Qanunun ləğv ediləcəyi təqdirdə 16-17 iyunda keçiriləcək seçkilərin ikinci turunda namizəd olan keçmiş baş nazir Əhməd Şefikin seçkidən uzaqlaşdırılması mümkün olmayacaq.

Bkatunun sözlərinə görə, qanunun qəbul ediləcəyi təqdirdə prezident seçkiləri yenidən keçirilə bilər:

"Əhməd Şefikin seçkidən uzaqlaşdırılacağı təqdirdə seçkinin ikinci turuna çıxan Məhəmməd Mursi tək başına seçkiyə gedərək, 50 faizlik baryeri keçdikdən sonra prezident seçiləcək. Konstitusiya Şurasının sözügedən qanununla bağlı qərar çıxarana qədər seçkilərin ikinci turu ləğv oluna bilər".

Anar Əhmədov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm