Diktatora qiyabi hökm çıxarıldı
Bizi izləyin

Dünya

Diktatora qiyabi hökm çıxarıldı

Tunis hərbi tribunalı ölkənin keçmiş prezidenti Zeynəlabidin bin Əlini qiyabi olaraq 20 il azadlıqdan məhrum edib.

Publika.Az-ın məlumatına görə, bin Əlini mitinq iştirakçılarına divan tutmaqda ittiham olunub.

Hərbi tribunal 2011-ci ilin yanvarında Tunisin Uardanin şəhərində öldürülən 4 gəncin işinə baxıb. Bildirilib ki, onlar təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində öldürülüblər.

Bin Əlinin bundan əvvəl də keçirilən qiyabi məhkəməsində dövlət ittihamçısı ona korrupsiya, dələduzluq, dövlət əmlakının taladığına və narkotika saxladığına görə, 35 il həbs cəzası istəmişdi.

Ötən il baş verən inqilabdan sonra bin Əli hazırda ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanında mühacirət həyatı yaşayır.

Anar Əhmədov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm