Ermənistanda korrupsiya qalmaqalı
Bizi izləyin

Dünya

Ermənistanda korrupsiya qalmaqalı

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan və sədrlik etdiyi "Civilitas" təşkilatı haqqında çirkli pulların yuyulması iddiası ilə istintaqa başlanılıb.

Publika.Az-ın məlumatına görə, Milli Təhlükəsizlik Xidmətinin ittihamının siyasi sifariş olduğunu deyən Oskanyan yaydığı bəyanatda qeyd edib ki, "Civilitas" təşkilatı tamamilə şəffaf bir qurumdur.

İttihamla bağlı ifadəsi alınan Oskanyan sözügedən bəyanatda 2008-ci ildə yaratdığı qurumun proqramlarının Hollandiya və Polşa hökumətləri ilə yanaşı, Norveç və Almaniyanın xarici işlər nazirlikləri, İrəvandakı ABŞ səfirliyi tərəfindən dəstəkələndiyini bildirib.

Anar Əhmədov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm