Ermənistanın Türkiyədən tələb etdikləri - Siyahı
Bizi izləyin

Dünya

Ermənistanın Türkiyədən tələb etdikləri - Siyahı

Türkiyənin "Vətən" qəzetinin yazarı Uğur Koçbaş Ermənistanın Daşnaksütyun Partiyasının xarici əlaqələr müşaviri Kiro Manoyandan müsahibə alıb.

Türkiyədən ərazi və təzminat iddiaları ilə dolu olan müsahibənin bəzi hissələrini sizə çatdırırıq:

"İrəvan səfərimizin ən təhlükəli görüşlərindən birini Ermənistanın ən radikal partiyası olan Daşnaksütyunun xarici əlaqələr üzrə müşaviri Kiro Manoyanla keçirdik. Manoyan Türkiyə ilə yenidən diplomatik münasibətlər qurmağa hazır olduqlarını söyləyəndə, mən də soruşdum: "Hər il aprelin 24-də tərəfdarlarınız türk bayrağını yandırırsa, siz həqiqətən də Türkiyə ilə yaxınlaşmaq istəyirsiniz?"

Verdiyi cavab səmimi oldu. Daşnaksütyunun partiya siyasətində bayraq yandırmaq olmadığını və qeyd-şərtsiz diplomatik münasibətlərə müsbət yanaşdıqlarını söylədi.

Ancaq bu münasibətlərin qurulmasından sonra gələcək tələblərini açıqlamaqdan da çəkinmədi:

1) Soyqırımı tanıyın. 2) Öldürülən ermənilər üçün təzminat ödəyin. 3) Erməni əhalinin sıx yaşadığı 6 vilayətin idarəçiliyini Ermənistana verin. (Vilayət-i Sitte olaraq tanınan 6 vilayət bugünki coğrafi sərhədlərə bölünəndə aşağıdakı vilayətləri əhatə edir:

Ərzurum, Ərzincan, Ağrı, Van, Hakkari, Bitlis, Muş, Şırnak, Batman, Siirt, Diyarbakır, Mardin, Malatya, Bingöl, Sivas, Amasya, Tokat və Giresunun bir hissəsi)

Ermənilər üçün "Soyqırım" abidəsi müqəddəs məkandır. Məktəblilər bura ziyarətə gəlir, din xadimləri davamlı olaraq mərasimlər keçirirlər. "Soyqırımın" 100-cü ildönümü münasibətilə 2015-ci ildə geniş hazırlıq görülür".

Anar Əhmədov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm