"Time" jurnalı ilin adamını elan etdi
Bizi izləyin

Dünya

"Time" jurnalı ilin adamını elan etdi

“Time” jurnalı 2014-cü ilin adamı adına layiq gördüyü şəxslərin siyahısını açıqlayıb.

Publika.az-ın məlumatına görə, jurnal ilin adamı adına Ebola virusu ilə mübarizə aparanları layiq görüb. Həkimlər, tibb bacıları və digər səhiyyə işçiləri Qərbi Afrikada bu öldürücü virusla mübarizə səylərinə görə şərəfləndirilib.

Onlar arasında Sərhədsiz Həkimlər təşkilatının amerikalı üzvü Ella Uatson Strayker, liberiyalı təcili yardım işçisi Foday Gallah və liberiyalı tibb bacısı Salome Karvah yer alır.

Bu insanlar ABŞ prezidenti Barak Obama, Roma Papası Fransis, sabiq Sovet prezidenti Mixail Qorbaçov və hətta Hitlerin yer aldığı ilin adamı siyahısına qoşulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm