Putin müxalifətə qarşı hücuma keçdi
Bizi izləyin

Dünya

Putin müxalifətə qarşı hücuma keçdi

Publika.Az-ın məlumatına görə, evlərində axtarışlar aparılan şəxslər arasında korrupsiyaya qarşı çıxan bloqçular Aleksey Navalni, Sergey Udaltsov və İlya Yaşin də var.

BBC radiosu axtarışların müxalifətçilərlə polis arasında mayın 6-da baş vermiş insidentlə bağlı olduğunu bildirib.

Araşdırma Komitəsi bu gün daha 10 müxalifət liderinin evində axtarış aparılacağını bildirib.

"Exo Moskvı" radiosu isə polisin hədəfində məşhur aparıcı Kseniya Sobçakın olduğunu deyib.

Qeyd edək ki, ötən həftə Putinin imzaladığı qərara görə, qanunsuz mitinq keçirən şəxlər 5 mindən 300 min rubla qədər cərimə olunacaqlar. Mitinq təşkilatlıları isə 600 min rubl cərimələnəcəklər.

Anar Əhmədov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm