Əsəd milyardları Moskvaya necə köçürür?
Bizi izləyin

Dünya

Əsəd milyardları Moskvaya necə köçürür?

Suriya prezidenti Bəşər Əsəd haqqında daha bir ilginc iddia yayımlanıb.

Publika.Az-ın verdiyi məlumata görə, Əsəd 6 milyard dollardan çox pulunu Moskva banklarından birinə köçürüb.

Bu barədə ilk məlumatı Bəhreyndə nəşr olunan “Gulf Daily News” qəzeti verib.

Qəzet həmçinin bildirib ki, Kreml Əsədə siyasi sığınacaq da təklif edib. Rusiya ilə yanaşı, İran da eyni təkliflə çıxış edib.

“Əsəd artıq Moskva banklarından birinə 6 milyard dollar pul köçürüb”-deyə qəzet bildirib.

Rusiya Xarici İşlər Nazirliyi məsələ ilə bağlı yayılan məlumatı başdan-ayağa absurd adlandırıb. Nazirliyin mətbuat xidməti deyib ki, onlar hər lətifəyə açıqlama vermək niyyətində deyillər.

Anar Əhmədov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm