Müharibə bəyanatı: “Cavabımız ölümcül olacaq” - ŞOK
Bizi izləyin

Dünya

Müharibə bəyanatı: “Cavabımız ölümcül olacaq” - ŞOK

İsraillə İran arasında söz müharibəsi getdikcə qızışır.

Rəsmi Tehran İsrailin səsləndirdiyi müharibə hədələrinə cavab verməkdə gecikmir.

Publika.Az-ın məlumatına görə, İran Quru Qoşunlarının komandanı general əhməd Rza Purdastan ölkəsinə qarşı təhdidlərin davam etdiyini deyərək, baş verəcək hər hansı hücuma İran ordusu ölümcül cavab verəcək.

İranın rəsmi İRNA xəbər agentliyinə açıqlama verən general Purdastan, - “İrana hücum olarsa, birim tərəfimizdən veriləcək cavab çox ağır, daha ölümcül olacaq”- deyib.

İran Silahlı Qüvvələrinin hazırlığının ən yüksək səviyyədə olduğunu deyən general ölkə rəsmiləri və xalqın da hazır olmasını istəyib.

Anar Əhmədov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm