Saakaşvilidən tarixi etiraf
Bizi izləyin

Dünya

Saakaşvilidən tarixi etiraf

Gürcüstan prezidenti Mixail Saakaşvili Kosovonun beynəlxalq hüquq çərçivəsində tanınmasının səhv olduğunu deyib.

Publika.Az-ın məlumatına görə, Tiflisdə Müəllimlər Evində çıxışı zamanı Saakaşvili bildirib ki, Gürcüstanın daxili vəziyyəti Kosovonun müstəqilliyinin tanınmasına imkan vermir:

"Bizdə özünü müstəqil dövlət elan etmiş muxtar qurumlar var. Çox zaman deyirlər ki, Amerika və Rusiya eynidir. Necə yəni eynidir? Amerika deyir ki, Gürcüstanın ərazisi azad olunmalıdır. Deyir, Gürcüstanda demokratiya olmalıdır. Əsas məsələlərdə bizim fikirlərimiz üst-üstə düşür, amma ABŞ bizi nəyəsə məcbur etmir. Məsələn, Amerika Kosovonun müstəqilliyini tanıyıb, Gürcüstan isə yox. ABŞ da bizə heç vaxt Kosovonu tanımağımız üçün təzyiq göstərməyib. Hesab edirik ki, Kosovonun tanınması səhvdir".

Saakaşvilinin sözlərinə görə, Rusiyadan fərqli olaraq ABŞ Gürcüstana şəxsi siyasətini aparmağa və müstəqil qərarlar qəbul etməyə imkan verir:

"Ən vacibi odur ki, onlar bizim inkişaf etməyimizi və uğur qazanmağımızı istəyirlər".

Anar Əhmədov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm