Dünya
Türkiyə Gürcüstanda nüvə stansiyası tikir?
Türkiyənin Gürcüstanın Cavaxetiya bölgəsində Atom Elektrik Stansiyası tikməsi ilə bağlı məlumat ortaya çıxıb.
Publika.Az-ın məlumatına görə, Gürcüstanın Energetika və Təbii Sərvətlər Nazirliyi nüvə stansiyası tikilməsi ilə bağlı yayılan xəbərləri təkzib etsə də, müxalifət bununla razılaşmır.
Nazirlik verdiyi açıqlamada bu xəbəri absurd adlandırıb. Energetika və Təbii Sərvətlər Nazirliyinin nüvə və radiasiya təhlükəsizliyi departamentinin rəhbəri Cumber Mamasaxlisi jurnalistlərə açıqlamasında bildirib ki, Gürcüstan ərazisində Atom Elektrik Stansiyasının tikintisi planlaşdırılmır.
Amma müxalifətçi “Milliyətçi” gürcü hərəkatının lideri Şalva Xaçapuridze Xertvisi SES-də aparılan gizli tikintinin sənədlərini tələb edib. Xaçapuridze jurnalistlərə bildirib ki, Türkiyənin tələbi ilə Su Elektrik Stansiyası adı altında nüvə stansiyası tikilir:
“Bununla bağlı Gürcüstan, Azərbaycan və Türkiyə hökumətləri arasında komissiya yaradılıb və danışıqları da Gürcüstan tərəfdən energetika naziri Aleksandr Xetaquri aparır. Aparılan bütün danışıqlar gizli saxlanılır”.
Anar Əhmədov
Publika.Az
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI