Oskanyandan növbəti həyasız status
Bizi izləyin

Dünya

Oskanyandan növbəti həyasız status

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan təmas xəttində baş verən gərginliklə bağlı özünün Facebook hesabında şərh yazıb.

Publika.Az xəbər verir ki, keçmiş xarici işlər naziri baş verənlərə görə, narahatlıq keçirdiyini bildirib:

"Ermənistan-Azərbaycan xəttində baş verən son hadisələr ciddi narahatlıq yaradır. Həm də bu, Qarabağ probleminin həllində vasitəçi olan ABŞ-ın dövlət katibinin regiona səfəri zamanı baş verir. Ümumiyyətlə, 1994-cü ildə danışıqlar 2 mərhələdə aparılırdı. Danışıqlar yolunun real həlli perspektivlərinin tapılması və təmas xəttinin hər iki tərəfində hərbi balansın yaradılması".

Oskanyan bildirib ki, Azərbaycan birtərəfli olaraq özünün qeyri-real maksimalist tələbləri ilə məsələnin sülh yolu ilə həlli variantına olan inamı itirir:

"Ermənistan tərəfi də həm diplomatik, həm də hərbi müstəvidə cavab verməlidir ki, Azərbaycan illüziyalara qapılmasın".

Anar Əhmədov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm