Dünya
“ABŞ Pakistandan üzr istəyəndə biz də Türkiyədən üzr istəyəcəyik“
"Əgər ABŞ 24 Pakistan əsgərinin ölümü ilə bağlı üzr istəmirsə, onda İsrail də "Mavi Mərmərə"yə görə Türkiyədən üzr istəməli deyil".
Publika.Az-ın məlumatına görə, bunu Eylat şəhərində konfransda çıxış edən İsrail xarici işlər naziri Aviqdor Liberman deyib.
Liberman ötən ilin noyabrında ABŞ ordusunun iki Pakistan sərhəd zastavasını gülləbaran etməsi nəticəsində 24 əsgərin öldürülməsi ilə nəticələnən qalmaqala toxunaraq deyib ki, o zaman Pakistan Vaşinqtondan üzr tələb etsə də, "yox" cavabı almışdı.
Xarici işlər naziri deyib ki, ABŞ həmin hadisədən təəssüfləndiyini bildirmişdi, indi İsrail də eyni addımı atmağa hazırdır.
Libermanın fikrincə, İsrail Türkiyədən üzr istəsə, ona heç kim hörmət etməyəcək.
Anar Əhmədov
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...