Atəşkəs rejimi peykdən izlənəcək: Vaşinqton və Moskvanın nə edəcəyi məlum oldu
Bizi izləyin

Dünya

Atəşkəs rejimi peykdən izlənəcək: Vaşinqton və Moskvanın nə edəcəyi məlum oldu

ABŞ və Rusiya bu gün - martın 12-də təmas quracaq.

Publika.az "The Guardian"a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.

Qeyd olunur ki, Moskva və Vaşinqton nümayəndələri arasında aparılan danışıqlar zamanı Amerika tərəfi Rusiya Federasiyasından Ukraynadakı döyüş zonasında müvəqqəti atəşkəs elan edilməsinə razılıq almağa ümid edir, buna əməl olunması peyklərdən izlənilə bilər.

Rubionun sözlərinə görə, Rusiya-Ukrayna münaqişəsinin “hərbi həlli” yoxdur, buna görə də ABŞ təmas xəttində bütün hərbi əməliyyatlara son qoymağa çağırır. O, həmçinin vurğulayıb ki, Ukrayna gələcək hücumların qarşısını almaq üçün vasitələrə ehtiyac duyur və Avropa bu hücumların həllinə kömək edə bilər.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm