Bu, Ukrayna üçün danışıqlarda “qırmızı xətt”dir - Zelenski
Bizi izləyin

Dünya

Bu, Ukrayna üçün danışıqlarda “qırmızı xətt”dir - Zelenski

Ukrayna işğal olunan əraziləri Rusiyanın bir hissəsi kimi tanımayacaq.

Publika.az xəbər verir ki, bunu brifinqdə Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

"Bu, Ukrayna üçün danışıqlarda “qırmızı xətt”dir", - o bildirib.

Zelenski əlavə edib: “Mən prezident kimi konstitusiyamızı pozmayacağam, əksinə xalqımızı və torpağımızı müdafiə edərək suverenliyimizi və müstəqilliyimizi müdafiə edəcəyəm”.

Onun sözlərinə görə, Ukrayna müstəqillik uğrunda mübarizə aparır və buna görə də Rusiya tərəfindən işğal edilmiş heç bir ərazini tanımayacaq: “Xalqımız bunun üçün döyüşüb, qəhrəmanlarımız həlak olub. Ona görə də bunu heç kim unutmayacaq. Biz Ukraynaya qarşı törədilən bu cinayəti heç kimə unutdurmayacağıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm