Dünya
Xameneidən Trampın məktubuna REAKSİYA

İranın ali rəhbəri Əli Xamenei ABŞ Prezidenti Donald Trampın ona danışıqlar üçün məktub yazmasına münasibət bildirib.
Publika.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı bildirib.
"Amerika prezidentinin İranla danışıqlara hazır olduğunu deməsi və danışıqlara çağırması dünyanın ictimai rəyini çaşdırmaqdır. Bununla onlar demək istəyirlər ki, biz danışıqlar aparırıq və sülh bağlamaq istəyirik, lakin İran buna hazır deyil", - deyə Xamenei deyib.
Ali rəhbər keçmişdə baş verənləri xatırladıb:
"İran niyə danışıqlara hazır deyil? Özünüzə gəlin! Neçə il oturub danışdıq, həmin şəxs imzalanmış danışıqları masanın üstündən cırıb atdı. Sizin əməl etmədiyinizi bildiyimiz halda nəyi müzakirə edək?".
Qeyd edək ki, daha əvvəl Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidentinin diplomatik müşaviri Ənvər Qarqaşın artıq Tehranda olduğu və onun Trampın Xameneiyə ünvanladığı məktubu İranın xarici işlər naziri Abbas Əraqçıya təqdim etdiyi bildirilib.

-
Region14:57
İmamoğludan yeni mesaj: xalqa səslənərək elan etdi
-
Region14:19
Ədalət dəyənəyi ilə İmamoğluya hücum edirlər - Özgür Özəl
-
Hadisə13:59
Əli Kərimlinin mühafizəçisi saxlanıldı
-
Dünya13:22
İstanbulda etirazçılar bələdiyyə binasına girdilər - ANBAAN VİDEO
-
Avropa11:20
Leyen uğursuzluğa düçar oldu: ABŞ onun çıxışlarına məhəl qoymur
-
Dünya10:20
Papadan xəbər var: müqəddəs taxt-tacdan imtina...
-
Sosial09:55
Tanışınız, dostunuzun nömrəsindən mesaj gələ bilər... - DİN-dən xəbərdarlıq
-
Dünya07:55
İsrailin ən böyük hava limanına ballistik raket atıldı