Dünya
Rusiya hərbi əməliyyatları bu vilayətlərin ərazisinə keçirməyə çalışır - Aleksandr Sırski

Kursk vilayətinin Sudja bölgəsində və ətraf ərazilərində aktiv hərbi əməliyyatlar davam edir. Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin müdafiəsini yarmaq üçün hava-desant qoşunlarının və xüsusi əməliyyat qüvvələrinin hücum bölmələrindən istifadə edir.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski "Facebook"dakı səhifəsində məlumat yayıb.
Onun sözlərinə görə, Rusiya qoşunları Ukrayna qüvvələrini Kursk vilayətindən sıxışdırıb çıxarmağa və hərbi əməliyyatları Sumı və Xarkov vilayətləri ərazisinə keçirməyə çalışır.
Sırski bəyan edib ki, düşmən artıq xeyli itki verib. "Kursk əməliyyatı başlayandan (2024-cü il avqustun 6-dan) rus qoşunlarının ümumi itkiləri 54,9 min nəfəri ötüb. Bərpası mümkün olmayan - 22,2 mindən çox hərbçi yaralanıb", - deyə Sırski qeyd edib.
O, Rusiya aviasiyasının öz ərazisinə zərbələr endirməkdə davam etdiyini diqqətə çatdırıb. Sudja şəhərinə endirilən aviazərbələr nəticəsində bu yaşayış məntəqəsi demək olar ki, tamamilə dağıdılıb.
"Ukraynalı əsgərlərin həyatını xilas etmək prioritet olaraq qalır, ona görə də lazım gələrsə, bölmələr daha sərfəli mövqelərə manevrlər həyata keçirir" - deyə Sırski vurğulayıb.

-
Sağlamlıq07:35
"Yaz allergiyası" deyib keçməyin - İnfarkta səbəb olurmuş
-
Maraq dünyası05:15
Marsda üzəri "muncuq"larla örtülmüş qaya aşkarlandı
-
Magazin204:50
Kimlər hər həftə 20-160 min manat qazanır - SİYAHI
-
Dünya03:35
Səmada qəribə işıqlar müşahidə edildi - Fotolar
-
Hadisə01:55
Bakıda qəbiristanlıqda QEYRİ-ADİ HADİSƏ
-
Qoroskop01:15
Günün qoroskopu: Romantik görüşlər üçün əla vaxtdır
-
Hadisə00:15
Türkiyədə SİLAHLI HÜCUM: Azərbaycan vətəndaşı yaralandı
-
Kriminal24 Mart 23:13
Ruslan Surxayevin qatili öldürüldü - Şübhəli mərhumun qardaşıdır