Dünya
82 yaşlı kişi mülkünü ukraynalı xanıma miras qoydu: Ailə üzvləri isə... - FOTO

Londondakı ailəsindən miras qalan evini ofisianta verən yaşlı kişinin qohumları mülkün geri alınması üçün məhkəməyə müraciət edib.
Publika.az xəbər verir ki, İngiltərənin Harrow şəhərində yaşayan Riçard Coy 2018-ci ilin mayında 82 yaşında vəfat edib.
Ömrünü ailəsindən miras qalan Hilsayd Qardensdəki evində keçirən Coy 2016-cı ildə bu mülkü tez-tez getdiyi kafedə işləyən ukraynalı ofisiant Mariya Romanişinə bağışlayıb.
Lakin onun əmisi oğlu Martin Larni məhkəməyə müraciət edərək Coyun əqli problemi olduğunu və evin sənədləşməsinin etibarsız sayılmalı olduğunu iddia edib.
Romanişin isə, həmin dövrdə Coyun onun qızı ilə şahmat oynaya bildiyini deyərək, onun qərarlarını şüurlu şəkildə verdiyini müdafiə edib.
Məhkəmədə məlum olub ki, Coy 2011-ci ildə etdiyi vəsiyyətnamədə ev də daxil olmaqla bütün əmlakını əmisi oğlu Martin Larniyə, anası Dorin Larniyə və dostuna qoyub. Coyun 2012-ci ildən başlayaraq ailəsi ilə əlaqəni kəsməsi isə diqqət çəkib.
Londonun Mərkəzi Apellyasiya Məhkəməsində iş davam etdirilir.
Roza


-
Sağlamlıq07:35
"Yaz allergiyası" deyib keçməyin - İnfarkta səbəb olurmuş
-
Maraq dünyası05:15
Marsda üzəri "muncuq"larla örtülmüş qaya aşkarlandı
-
Magazin204:50
Kimlər hər həftə 20-160 min manat qazanır - SİYAHI
-
Dünya03:35
Səmada qəribə işıqlar müşahidə edildi - Fotolar
-
Hadisə01:55
Bakıda qəbiristanlıqda QEYRİ-ADİ HADİSƏ
-
Qoroskop01:15
Günün qoroskopu: Romantik görüşlər üçün əla vaxtdır
-
Hadisə00:15
Türkiyədə SİLAHLI HÜCUM: Azərbaycan vətəndaşı yaralandı
-
Kriminal24 Mart 23:13
Ruslan Surxayevin qatili öldürüldü - Şübhəli mərhumun qardaşıdır